Azərbaycanın populyar müğənnisi, “Eurovision 2012” mahnı müsabiqəsində təmsil etmiş və dördüncülük qazanmış Səbinə Babayeva ərindən ayrılıb.
Teleqraf.com-un məlumatına görə, bu barədə vesti.az saytı xəbər yayıb.
Qeyd edək ki, müğənni İctimai Televiziya və Radio Yayımları Şirkətinin rejissoru, eyni zamanda Azərbaycanın ev sahibliyi etmiş “Eurovision 2012” filminin rejissoru Cavidan Şərifovla ailə həyatı qurmuşdu. Toy 2012-ci il sentyabrın 26-da olmuşdu.