8 İyun 2021 10:05
1 581
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qardaşı, stilist Balaşın ölümündən sonra səhnədən uzaq düşən məşhur müğənni Xatun Əliyevadan xəbər var.

Teleqraf.com xəbər verir ki, müğənni yenidən səhnəyə qayıtdığını açıqlayıb.

O, yeni fotolarını paylaşaraq bu sözləri yazıb: "Həyat və səhnə arasında elə sıx bağlılıq var ki... Səni hər ikisi imtahanlarıyla sınağa çəkər. Yüksələrsən, büdrəyərsən, əziyyət çəkərsən, bəhrəsini görərsən, bir anda itirərsən, çökərsən... Amma davam edərsən, davam etməlisən!

Yenidən ayağa qalxmaq asan olmadı. Onsuz davam edə bilməsəm də, elə öncə onun üçün yenidən dikəlmək və davam etmək qərarımdır. Əminəm ki, onun yoxluğuna, ağrılarına səhnədə və sənətdə sizin sevginiz mənə məlhəm olacaq. Ona görə də, sizə, səhnəyə geri qayıdıram! Onun üçün, sevənlərim üçün yenidən ayağa durmalıyam. Yenidən sizə qayıtmışam!"

Qeyd edək ki, müğənni səhnəyə "Acı" adlı mahnı ilə geri dönüş edəcək.


Müəllif: Rəqsanə Həsənova