19 İyul 2021 19:28
697
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Flora Kərimova sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Flora Kərimova "Sədərək” Ticarət Mərkəzində kafedə çalışan kababçının pişiyin ayağını kəsməsini sərt şəkildə tənqid edib:

"İnsan var özünü qurban edir, insan da var özünə qurban axtarır. Hardadır sizin insanlığınız, hanı sizin mərhəmətiniz? Biri beş yaşlı uşağın dilini kəsir, üzərində siqaret söndürür. Siz kimsiniz?! Ölümünə qədər lənətlənmişlərsiz! Digəri pişiyin ayağını kəsir... Birinci, ikinci deyil, bu gedişlə sonuncu da olmayacaq. Bu günahla balana necə çörək pulu aparıb, yedizdirirsən?! Bu vəhşiliyi Allah bağışlayacaqmı? Mən deyəndə ki, Allah yalnız bağışlayan deyil, sözümü min yerə yozdular, cahillər! Yaradan yaratdıqlarına bunu rəva bilənləriə rəhm edəcəkmi?

Cəhənnəmi də bu humanizmdən uzaq mürvətsizlər üçün yaradıb və çoxdan qalayıb. Qarğış etməyi sevmirəm, amma qarğış yağdırmamaq üçün özümü güclə saxlayıram".





Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər