4 Avqust 17:05
735

Türkiyənin "Eslem Film Yapım" şirkəti tərəfindən "Nisan" filminin ölkəmizdə çəkilişləri başa çatıb.

Teleqraf.com xəbər verir ki, filmdə "Kurtlar Vadisi Pusu" serialının Erhan Güllüsü aktyor Erhan Ufak və əslən Makedoniyadan olan Almaniya vətəndaşı Canan Nəzirova baş rolda oynayıb.

Çəkilişlər bitdikdən sonra Almaniyaya qayıdan Canan Nəzirovanın filmin təqdimat gecəsində yenidən Azərbaycana gələcəyi deyilir.

Filmdə Azərbaycandan da tanınmış aktyorlar rol alıblar. Ekran əsərində Erhan Ufak, Canan Nəzirova, Rəşad Kəsəmənli, Murad Abdullayev, Səbuhi Zaman, Şahin İmaməliyev, Elmira Qocayeva, Vurğun Həsənov, Novruz Cəfərov və bir çox aktyorlar çəkiliblər.

"Nisan" filminin prodüseri Yalçın Çoban, rejissoru İbrahim Bülbüldür.

Qeyd edək ki, Erhan Ufak ölkəmizdə filmə çəkilməklə yanaşı "Sənət Akademiyası”nda da dərs deyir.




Müəllif: Rəqsanə Həsənova