Məşhur aparıcı Xoşqədəm Hidayətqızının Xəzər televiziyası ilə işbirliyinə son qoyulub.
Xəzər Media Mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verilişi yeni mövsümdə yayımlanmayacaq:
"Hazırda “Xəzər TV”də yeni mövsüm hazırlığı davam edir. Tamaşaçıların zövqünü oxşayacaq, bir-birindən maraqlı layihələr təqdim ediləcək. Lakin bundan sonra Xəzər televiziyasında “Səni axtarıram” verilişinin yayımı planlaşdırılmır".