18 Sentyabr 2021 20:40
1 871
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Aygün Kazımova yeni “Lya Lya Fa” adlı mahnısını sevənlərinə təqdim edib.

Teleqraf.com xəbər verir ki, bəstənin musiqisi Azər Şirin, sözləri isə Tərlan Məmmədhüseynova məxsusdur.
Pop Diva “Lya Lya Fa” üçün fotoqraf Ruslan Nəbiyevin obyektivi qarşısına keçərək iddialı şəkillər çəkdirib.

Ulduzun obrazı üzərində Elnara de Birbuet çalışıb.

Aygün Kazımova “Lya lya fa” mahnısını özəl olaraq 18 Sentyabr Milli Musiqi günündə təqdim edib.


Müəllif: Rəqsanə Həsənova