10 Noyabr 2021 13:59
1 120
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Zamiq Hüseynov MTV Azərbaycan kanalında yayımlanan “Üzə-düz” verilişində qonaq olub.

Teleqraf.com xəbər verir ki, Zamiq Hüseynov sənətdəki rəqabətdən danışıb: “Bir insan yaxşı iş görəndə baxıram ki, daha çox sevgi, rəğbət alır. Bu məni sevindirir və rəqabət yaranır. Amma təəssüf ki, hazırda rəqabət mühiti yoxdur. Heç bir sənət dostumun xətrinə dəyməsin. Öyünmürəm, məni də həvəsləndirən yoxdur".

Müğənni səhnə geyiminə diqqət etdiyini də açıqlayıb: "Geyimə diqqət edirəm, yerimi, çərçivəmi bilirəm, dostlarımı tanıyıram. Harda yaşadığımı bilirəm. Səhnə adamısan, seçilməlisən. Kimsə artıq nəsə edirsə, özü bilər. Sırğa taxırsa, bu onun seçimidir. Mənim nəyimə lazımdır?!

Dünya ulduzları, Kriştiano Ronaldo sırğa taxır, amma onu bizimkilər etsə, pis baxırlar. Sənət adamı formada olmalıdır. Artıq sosial şəbəkədə təhqir yazan insanları da normal qəbul edirəm”.

Zamiq Hüseynov oğlu Zeyndən də söz açıb: “Oğlum Zeyn mənə çox oxşayır, yavaş-yavaş formalaşır. Xasiyyəti, küsməyi hər şeyi eynilə mənə bənzəyir".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər