Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana Apellyasiya Məhkəməsinə müraciət edəcək.
Canana bu haqda Teleqraf.com-a açıqlamasında məlumat verib.
"Apellyasiya Məhkəməsinə müraciət edəcəyəm. Sənədlərim hazırdır və dekabrın 5-dək təqdim edəcəm.
Mətanət İsgəndərli və oğlu evə toy mərasimindən gec gəlirlər, onlar gələnə qədər uşaqlar yatmırlar. Məktəbə də vaxtında aparmırlar. Kimdir övladlarımla maraqlanan?!", - o söyləyib.
Qeyd edək ki, Kərim ilə Canananın üç övladı var.