Xərçəng xəstəliyi ilə mübarizə aparan əməkdar artist Tünzalə Əliyeva səhhətindəki vəziyyətdən danışıb.
Tünzalə Əliyeva Teleqraf.com-a açıqlamasında qan azlığına görə kimyaterapiyanı dayandırdığını deyib: "Qanım aşağı olduğuna görə sonuncu kimyaterapiyanı ala bilmirəm. Ona görə vaxt uzanır. 15 gündən sonra MRT olacaq və sonra analizin cavabı bilinəcək".
Əməkdar artist mətbuatda haqqında çıxan xəbərlərə də münasibət bildirib: "Mən ağ ciyərimdə törəmələrin çoxaldığını deməmişəm, elə yazıblar. Milli Onkologiya Mərkəzi məndən inciyir. Dedim ki, törəmə olduğuna görə kimyaterpiyalara başlamışıq. Artıq beşinci kursu bitirmək üzrəyik. İnşallah MRT-dən sonra cavabı biləcəyik".