Əməkdar artist Lalə Məmmədova Xəzər televiziyasında şəxsi həyatı haqqında etirafı ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Lalə Məmmədova həyatında sevdiyi şəxsi olduğunu deyib: "Hələ ki gözəl bir mərhələdən keçirəm. Tanıma mərhələsindəyik. 43 yaşı var, bu yaşımı sevməyə başladım. Gözüm həyata başqa cür açıldı".
Əməkdar artist keçmiş həyat yoldaşından da danışıb: "Həyatımda az hadisələr olmadı. Yanıldığım, yandığım anlar oldu. Artıq səhv etmək hüququm və şansım çox azdır. Mən valideynlərimlə yaşayıram, onların öz qayğıları var. Hələlik evliliyə hazır deyiləm. Mənə elə gəlir ki, hər şeyi yerinə qoyub, sonra evlilik haqqında düşünə bilərik".
Qeyd edək ki, Lalə Məmmədovanın iki qızı var.