"Demək olar ki, ayın 15 gününü Rusiyada toylarda iştirak edirəm. Amma vətənimizdə olsa daha yaxşı olar. Oraya gedib-gəlmək insanı yorur".
Teleqraf.com xəbər verir ki, bu sözləri Şəbnəm Tovuzlu MTV kanalına açıqlamasında deyib.
Müğənni çəkinmədən “Yutub” kanalından əldə etdiyi gəliri də açıqlayıb: "Pul milyon baxış sayı olan kliplərimdən gəlir. "Yutub" kanalımdan 5000 min dollardan 10000 manatadək pul qazanıram".
Şəbnəm Tovuzlu geyimlərinə xərclədiyi məbləğdən danışarkən deyib: "Aksessuarı çox sevirəm. Elə saatım var ki, qiyməti 1500 manatdır. Deyim ki, geyimlərimin hamısı 800-1000 manatdır, yalan olar, 100-200 manat dəyərində də paltar alıram. Ən bahalı geyimimin qiyməti 1800 manatdır. Kürklərə gəlincə, 17000 manata qədər qiyməti var".
Müğənni pərəstişkarı üçün ev tikdirməkdən imtina etməsinin səbəbini açıqlayıb:
"Ev söhbətinə can-başla yanaşmışdım. 6-7 min civarında məbləğ nəzərdə tutmuşdum. Adam göndərdim, evin ətrafına baxdılar. Bu insan iki otaqlı ev, mətbəx, hamam istədi. Pulu hesabladım ki, 18-20 min manata başa gəlir. Ona dedim ki, qardaş, sən çox yuxarıdan getdin. Fikrimdən imtina edirəm, çünki məndən istifadə kimi başa düşdüm".