Rəqqasə-aktrisa Oksana Rəsulova MTV Azərbaycan kanalında həyat yoldaşı, aparıcı Şəhriyar Əbilovla münasibətindən danışıb.
Teleqraf.com xəbər verir ki, Oksana Rəsulova həyat yoldaşının xarakterindən söhbət açıb: "Şəhriyar Əbilov çox sakit və həyatı balanslaşdırılmış insandır. Onu özündən çıxarmaq nadir hallarda olur. Hələ ki, görməmişəm, görmərəm, amma özünə məlumdu. Bizim münasibətimizdə qısqanclıq olmur, mən də qısqanmıram. Çünki ikimiz də sənət adamı və fanatı olan insanlarıq. Belə hallarla qanımızı qaraltmırıq".
Oksana Rəsulova övladı barədə bu sözləri deyib: "İstəyirəm ki, insan olsun. Dərs, təhsil gəlib-gedən haldır. İnsan düzgün olsa, insani keyfiyyətlərini qoruya bilsə, mərhəmətli olsa həyatı hər zaman yaxşı keçəcək".