Müğənni Elnarə Xəlilova MTV Azərbaycan kanalında açıqlaması ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Elnarə Xəlilova şou-biznesdə küsülü həmkarının olmadığını etiraf edib.
"Heç kimlə küsülü deyiləm və barışmaq üçün də Novruz bayramını gözləməmişəm. Ümumiyyətlə, küsülü qalmağı sevmirəm və konflikt adamı deyiləm. Hətta küsülü olsam belə böyüklük məndə olsun, qarşılaşanda gülərüzlə qarşılayıram, "salam" verirəm. Kini özümdə saxlamıram. Elm sübut edib ki, kin, qəzəb, paxıllıq hissi insan bədənində müxtəlif xəstəliklərə səbəb olur", - Elnarə deyib.
Müğənni "W-Trio" qupu haqqında danışmaq istəməməsi haqqında yayılan fikirlərə də münasibət bildirib: "Məni görən Röya Ayxan və Natəvan Həbibini xatırlayır. Onları görən isə qrupun digər üzvlərini...Mənim üçün hər şey qaydasındadır".
Elnarə Xəlilova aparıcının "Sizi bir araya gətirmək olmur" sualına isə belə cavab verib: "Yəqin ki, vaxtımız yoxdur. Şəxsən özümdən götürürəm, dörd uşağım var, onların qayğıları... Bunları çoxuşaqlı ailələr bilər. Canlı efirə də getmirəm. Deyirəm ki, üzrlü hesab edin, mənim üçün əvvəlcə ailəm prioritetdir. Günün ikinci yarısı isə nisbətən boşalıram və estafeti Rövşənə verirəm. Nə görüşə, nə də münaqişəyə vaxt var".