Türkiyədə çalışan stüardessa fotomodellik etdiyi üçün işindən qovulub.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, THY-dəki işiylə yanaşı model kimi də çalışan Z.Ş növbəti dəfə fotokameralar qarşısına keçdikdən sonra rəhbərliyin diqqətini çəkib. O, 2009-cu ildən etibarən "Türk Hava Yolları"nda işləyib.
İtaliyanın "Linerva" jurnalının üz qabığına çıxan model stüardassa kimi işini davam etdirməkdən məhrum olub.
Qeyd edək ki, "Türk Hava Yolları" bir müddət əvvəl işçilərinə sosial mediadakı davranışlarına diqqət etmələri və uyğun olmayan paylaşımlarına görə sorğu-sual ediləcəkləri barədə xəbərdarlıq etmişdi.
Teleqraf.com modelin fotolarını təqdim edir :
Rüstəm