20 May 2022 13:41
1 717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Bəhram Bağırzadə sosial şəbəkə hesabındakı tənqid edilən paylaşımına münasibət bildirib.

Bəhram Bağırzadə Teleqraf.com-a açıqlamasında həmin şəxsə kömək etdiyini açıqlayıb: “Özü çəkilişə razı idi, çəkiliş etdim və hallalığını alıb paylaşdım. Həmin şəxs məhəllə adamıdır və hər axşam kömək edirəm. Videonu şişirtdilər və bəzi insanlar nəsə axtarırlar. Bu, mənim “TikTok” platformasında layihəmdir”.

Belə ki, əməkdar artist küçədə duran bir şəxsə “Camaata məsləhətin nədir?” sualı ilə yaxınlaşıb.

Həmin şəxs isə əməkdar artistə “Sənə qurban olum, çəkmə. Camaata ancaq cansağlığı arzu edirəm. Nə deyim…Həyatda ancaq xeyir iş qalır. Allah hamıya xeyir işı qismət etsin”, - deyə cavab verib.

Bəhram Bağırzadə tənqidi fikirlərdən sonra videonu silib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər