"Çox insanlar barışmağımızın gerçək olmadığını yazırdı. Mən demək istəyirəm ki, yalanı sevmirəm".
Teleqraf.com xəbər verir ki, bu sözləri əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana Həmidova bildirib.
O, keçmiş qaynanası ilə video paylaşaraq onların barışmasına inanmayanlara ismarış göndərib: "Hər şey doğrudur. Biz artıq bir yerdəyik. Bütün hadisələr həyatımda aldığım ən böyük zərbə idi. Övladlarımı itirmək qorxusu ilə yaşanan hər dəqiqəm ömrümə bir zərbə vurdu. Çox şükür ki, artıq çətin yollar geridə qaldı. Analar, sizlərin dualarınız sayəsində mən balalarımı geri qaytardım, var olun".
Qeyd edək ki, Mətanət İsgəndərlinin oğlu Kərim və Canana boşanıb. Cütlüyün üç övladı var.