Yunan-Roma güləşi üzrə Olimpiya mükafatçımız, Dünya və Avropa çempionumuz Rəsul Çunayev başqa ölkənin bayrağı altında çıxış edəcəyinə dair yayılan xəbərlərə münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, Rəsul Çunayev haqqında yayılan məlumatların əssasız olduğunu qeyd edib.
"Öncə Azərbaycanın Müstəqillik Günü münasibəti ilə hər kəsi təbrik edirəm. Son günlər haqqımda sosial şəbəkələrdə əsassız və rəsmi olmayan xəbərlər yayılır. Orada qeyd olunur ki, guya mən ölkəni tərk edirəm. Xəbərin altında da qeyd olunur ki, rəsmi olmayan məlumatlardır. Heç yerə getməmişəm və getmək fikrim də yoxdur. Harasa getsəm, yalnız Azərbaycanımızı yaxşı tərəfdən təmsil etmək üçün gedə bilərəm. Rəsul Çunayevin ürəyi Azərbaycanla döyünür. Bunu hər zaman yadda saxlayın!".
Qeyd edək ki, yaxın günlərdə Rəsul Çunayevin başqa ölkələrdən təklif aldığı və bu təklifləri dəyərləndirəcəyi haqda xəbərlər yayılmışdı.