1 Avqust 2022 23:56
882
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin "TRT 1" kanalında yayımlanan "Təşkilat" serialının Sərdar Kılıçarslanı olan aktyor Çağlar Ertuğrul ekran əsərindən ayrılmasının səbəbini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, aktyor ayağından aldığı zədəyə və səhhətindəki problemə görə serialdan çıxdığını deyib.

Sağ ayağı sınan Çağlar Ertuğrul həkimi tərəfindən aksiyon səhnələrinə çəkilməsinə icazə verilmədiyini də bildirilib.

Aktyor serialın 48-ci bölümündə vida edib.


Müəllif: Rəqsanə Həsənova