Türkiyəli müğənni Demet Akalının klub işçisinin başına şampan tökməsi tənqid edilib.
Teleqraf.com xəbər verir ki, Bodrumda səhnəyə çıxan ifaçı şampanı bəyənməyib klub işçisinin başına töküb.
İfaçı "Mənə alma şirəsi vermisən" deyərək bu addımı atıb.
Onun bu hərəkəti isə sosial şəbəkədə birmənalı qarşılanmayıb.
Demet Akalın məsələ ilə bağlı Türkiyə mediasına açıqlama verib: "Şampan pullarını bəzi solistlər kimi cibimə deyil, işçilərə verirəm. O gecə xidmət rəhbərinin özü "başıma şampan tök" deyə israr etdi. Şampanlar ofisiantların başından tökülməsi üçün göndərilir. On ildir ki, şampanlar bu şəkildə başdan tökülür, indi gözünüzə girdi?".