Rəqqasə Fatimə Fətəliyeva Türkiyədə əməliyyat olunacaq.
Teleqraf.com xəbər verir ki, Fatimə Fətəliyeva İnstaqramda video paylaşaraq bu haqda məlumat verib.
"Narahat olmayın, səhhətimdə ciddi bir problem yoxdur, amma vaxtında müraciət etməsəydim, ciddi ola bilərdi. Təəssüf olsun ki, bizim savadsız həkimlərin ucbatından belə bir problem yaranıb. Estetik əməliyyat deyil, tam başqa bir əməliyyatdır. Əfsus ki, bəzi savadsız həkimlər hələ də Bakıda çalışırlar. Ona görə də İstanbula gəldim və məni əməliyyat edəcəklər. Dualarınızı əsirgəməyin".