Xəbər verdiyimiz kimi müğənni Röya Ayxan dekabrın 19-da və 20-də Bakıda Heydər Əliyev adına Sarayında konsert verəcək.
Teleqraf.com xəbər verir ki, ifaçı “Mən sənsiz” adlı solo konsert proqramı ilə çıxış edəcək.
Həmişə arıq, incə görünən cazibədar müğənnimiz konsert öncəsi kökəlməyindən narahatdır. O, bu barədə "Instagram" hesabında yazıb:
“Fikir verməyin pəhrizdəyəm, başım xarab olub. Bu suallar öldürdü məni. Boyum 1.65, çəkim isə 50 idi... İndi 55 olmuşam. Konsertə qədər arıqlamasam məni gözləməyin. Yerimə Dəmir Yeşim oxuyacaq. Artıq razılaşdırmışam”.
Xatırladaq ki, Dəmir Yeşim müğənninin Türkiyədəki prodüserinin adıdır.
Rüstəm