Müğənni Sevil və Sevinc Səfərova bacıları sosial şəbəkədə etirafları ilə diqqət çəkiblər.
Teleqraf.com xəbər verir ki, Sevinc Səfərovanın sosial şəbəkə izləyicisinin "Başqa bacınız varmı?” sualına cavabı maraqla qarşılanıb.
“Doğrudur, Rusiyada yaşayır. Kimin Rusiyada övladı yoxdur ki? Xoşqədəm Hidayətqızı axtarışa çıxsa, əhalinin sayı artar”, - deyə nikahdankənar bacısının olduğunu deyib.
Sevinc Səfərova nişanlanması haqda yayılan xəbərlərə də reaksiya verib: "Yanlışdır. Hələ ki, həyatından bezən biri tapılmayıb".