Dünya ulduzu Jan Kloud Van Dammın oğlu Kristofer Bakıya gəlib.
Teleqraf.com xəbər verir ki, bu haqda Kristoferin azərbaycanlı pianoçu həyat yoldaşı Suada Hacızadə İnstaqramda paylaşım edib.
O, Kristoferlə fotosuna "Bakıdan sevgilər", - deyə qeyd edib.
Suada Hacıyeva Kristoferla ötən ilin iyununda Azərbaycanın Türkiyədəki baş konsulluğunda nikah masasına əyləşib.