7 Sentyabr 2022 17:36
1 577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Video əlavə olunub:

***

15:16

Aparıcı Şəhriyar Əbilov rəqqasə-aktrisa Oksana Rəsulova ilə boşanmasından danışıb.

Şəhriyar Əbilov Teleqraf.com-a açıqlamasında Oksana Rəsulova ilə ayrılmaq qərarına aydınlıq gətirib.

"Qərar qəti idi və verildi. Qərarla razıyam, hər şey qayasındadır. Əsas odur ki, yenə də münasibətimiz yaxşıdır. Oğlumu görürəm, onu bağçaya, kinoya aparıram. Əsas odur ki, övladımızın yanındayıq. Ona ayrıldığımızı hiss etdirməyəcəyik. Həyat davam edir. Hər kəsin öz həyatı, alın yazısı var. Həyatımız harada dayanacaq, sonumuz necə olacaq bilmirik. Hərənin öz həyatı olacaq. O öz həyatını, mən öz həyatımı quracam. Amma ömrümün axırınadək, canım çıxana qədər övladımızın yanındayam", - o bildirib.

Şəhriyar Əbilov "Bir il əvvəl ayrılmağınız ərəfəsində niyə ailə qurduğunuzu açıqladınız" sualını belə cavablandırıb: "Vaxt indiyə gəldi çatdı. Həyat davam edir, gülümsəyək".

Qeyd edək ki, bir il əvvəl eks-cütlük evləndiklərini açıqlamışdılar. Onların Osman adlı oğlu var.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər