Aktrisa Ülviyyə Xəlilbəyova həyat yoldaşı, aktyor Murad İsmayılovdan ayırılıq xəbərlərinə münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, Ülviyyə Xəlilbəyova "Sözbaz" verilişində boşanma xəbərlərini təkzib edib:
"Uşaqlarıma və həyat yoldaşıma bacardığım qədər vaxt ayırıram. Ana kimi üzərimə düşən öhdəlikləri nəyin bahasına olursa-olsun edirəm. Şükür Allaha, birtəhər də olsa çatıdırıram. Bəlkə də bu qədər güclü olmasaydım, ailəm çoxdan dağılmışdı. Hətta evliliyimin ikinci, yaxud altıncı ayında ailəm dağıla bilərdi.
Amma iki aydan sonra evliliyimin dörd ili tamam olacaq. Bu illər ərzində ailəm dağılmayıbsa, deməli, gücüm sayəsindədir. Ətrafdan baxana hər şey asan gəlir. Elə şeylər var ki, onları olduğu kimi qəbul etməyə başladım. Çünki qəbul etməsəydim, yaşamaq çox çətin olardı. Hər şeyi boş verib öz yolumla gedirəm. Kim nə istəyir, eləsin, danışsın. Qadın son ana qədər çırpınır ki, ailəsi dağılmasın. Niyə ailəmi dağıdıb, özümə yenidən nələrsə axtarmalıyam?!"
Qeyd edək ki, cütlüyün iki oğlu var.