“Avroviziya" beynəlxalq mahnı müsabiqəsi mənə maraqlı deyil. Özümü ağır məsuliyyətin içərisinə salmaq istəmirəm. Mən o ağırlığı üzərimə götürə bilmərəm. Özüm rahatam və istəmirəm ki, kimsə məndən asılı olsun. İndi dövr dəyişib. "Avroviziya" ilə tək populyarlıq olmur, mənim üçün gündəm deyil”.
Teleqraf.com xəbər verir ki, bu sözləri müğənni Hiss “Özəl” proqramında qonaq olarkən deyib.
O, "Avroviziya" beynəlxalq mahnı müsabiqəsinə getmək istəmədiyini bildirib. Sənətçi daha sonra şou-biznes ulduzlarını tənqid edib: “Əhatə önəmlidir. 9 axmağın içində oturacaqsansa, sən də axmaq olacaqsan. Bizim şou-biznesi bilirsiz. Mahnı yaratmaq istəmirlər. Hər kəsin bir yolu var. Hər ay bir mahnı çıxarıb gündəmdə qalırlar.
Hamı ilə əlaqəm var, amma bu sferadan dostum yoxdur. Eşidirəm, deyirlər ki, dünənin uşağıdır, onunla eyni səhnədə yer almaq istəmirəm. Onlara demək istəyirəm ki, əzizlərim, siz də uşaq olmusuz”.
Gənc ifaçı Hiss-dən əvvəl Sirr təxəllüsünün seçildiyini bildirib: “Adım Röyadır. Hiss təxəllüsünü seçdim. Ondan əvvəl "Sirr" düşünülmüşdü. Mən "Sirr"i çox sevirdim, özüm də sirli qızam. Komandam dəyişmək qərarına gəldi. Çünki "Sirr" adlı rok qrupu var idi. Dostlarım mənə həyatda öz adımla müraciət edir”.