Bloger Aynişan Quliyeva hədəflərindən danışıb.
Teleqraf.com xəbər verir ki, bloger İnstaqramda hekayə bölümündə bu sözləri yazıb:
"Həyatımda bir neçə dəyişiklik etmək istəyirəm. İlk olaraq haradan başlayacağımı düşünürəm. Həmişə iç səsimlə söhbət edirəm. Əminliklə mənə nəyi desə onu edirəm. Əvvəlki kimi hədəflərim var, amma indi daha fərqlidir. Kiməsə nəyisə sübut etməl üçün deyil, özümü xoşbəxt etmək üçündür. Ruhumu sevindirmək üçündür.
Mənim üçün uzun yaşayacağımın önəmi yoxdur. Yaşadığım dönəmin hüzur və sağlıq içində keçməsini istəyirəm. Mənə etibar olan bu canı, bu ruhu bacardığım qədər xoşbəxt etmək istəyirəm".