Müğənni Elza Seyidcahan “ATV” kanalında yayımlanan “10LAR” verilişinə maraqlı açıqlama verib.
Teleqraf.com xəbər verir ki, ifaçı şou-biznesdə olan kişi müğənnilərin hərəkətlərindən qıcıqlandığını bildirib.
“Bu gün əksər kişi müğənnilər xanımları yamsılamağa başlayıblar. Qadın kimi gəzib, danışırlar. Elə bilirlər ki, özlərini kiməsə oxşadanda seviləcəklər. Əksinə daha da ürək bulandırırlar.
Sən ailə başçısısan. Niyə özünü arvada bənzədirsən? Get, özünü tap”.
İfaçı ailə həyatı haqqında da danışıb. O, ikinci dəfə evliliyə yaxşı baxmadığını söyləyib.
“Həyat yoldaşımla ayrılsaqda, dost münasibətimiz davam edir. Barışmaq barədə düşünmək gecdir. Hazırda onun çox gözəl ailəsi var.
İkinci dəfə ailə qurmaq istəmərəm, çünki iki övladım var. Həm xalq da adamı qınayar. Oğlum mənə deyir ki, tez qocalsaydın canımız qurtaradı”
.
Teleqraf.com həmin videonu təqdim edir:
Rüstəm