17 Dekabr 2022 20:03
1 290
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Aybəniz Haşımovanın bacısı Şəhla Haşımova xərçəngdən sağalıb.

Teleqraf.com xəbər verir ki, Aybəniz Haşımova bu haqda İnstaqramda məlumat verib:

"Bacım Şəhla Haşımova yüz faiz onkoloji xəstəlikdən qurtuldu.

Şəhla xanımın altı ay əvvəl səhhətində ciddi problem olmuşdu. Doğrusu, çox qorxmuşduq, ən çox da Şəhla. 6 ay ərzində hamı bacımı soruşurdu, mən də nəticələri bitmədiyinə görə heç nə deyə bilmirdim".


Müəllif: Rəqsanə Həsənova