27 Dekabr 2022 13:56
2 507
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə fəaliyyət göstərən müğənni Günel Zeynalova Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Günel xanım, Yeni ili Bakıda məkanların birində konsert proqramı ilə qeyd edəcəksiniz. Bu haqda məlumat verməyinizi istərdik.

- Konsert 31 dekabrda Yeni il gecəsi baş tutacaq. Gecədə qardaşım Tunar Rəhmanoğlu və türkiyəli müğənni Yusuf Güney də iştirak edəcək. Yusuf Güney bizim dostumuzdur, birlikdə insanlara xoş istirahət bəxş edəcəyik. Konsertdə orkestrimdə 15 nəfər Türkiyədən, 15 nəfər isə Azərbayandan təmsil olunacaq.

- Artıq 2022-ci ilin son günlərinə sayılı günlər qalıb. Yeni ildən arzunuz nədir?

- Bu dəfə çox şey istəyirəm. İnanılmaz dərəcədə arzularım var. Sadəcə onları dilə gətirmək istəmirəm, deyərəm, birdən həyata keçməz... Yeni il gecəsi bir kağıza arzularımı yazıb, yastığın altına qoyacam.

- Kağıza nə yazmağı planlaşdırırsınız?

- Kainata mesaj göndərirəm. Allahdan gözəl diləklər arzu edəcəm.

- 2023-cü ildə ailə qurmağı düşünürsünüz?

- Çox gözəl arzularım var. İnşallah, həyata keçəndə sənə xəbər verəcəm.

- Günel xanım, həyatda qısqancsınız?

- Heç vaxt eyni sənətdə olduğumuz kimisə qısqanmamışam. Bir sənətçiyə belə qısqanclığım yoxdu. Hər kəsin öz yolu varsa, niyə qısqanım!?

- Bəs, şəxsi həyatda?..

- Şəxsi həyatla bağlı danışmıram.

- Türkiyə mediasında daim estetik əməliyyatınız haqqında xəbərlər yayımlanır və daha da gözəlləşdiyiniz vurğulanır.

- Sizi inandırım ki, bir çox sənətçilər zəng edib deyirlər ki, nə etmisən? Onu deyim ki, yalnız burnumu əməliyyat elətdirmişəm. İlk burun əməliyyatım Türkiyədə olmuş, uğurlu alınmamışdı. İkinci dəfə Bakıda burnumu Dilqəm Məhərrəmov əməliyyat etdi. Dodağımda isə təbii dolğu var. Başqa kosmetoloji prosedur yoxdur.

İnsan artıq çəki itirəndə sifətindəki sümüklər üzə çıxır. Bunu qəbul etmirlər. Əvvəl kök idim. Amma artıq çəki itirəndə üz cizgilərim daha aydın göründü. Bunu qəbul edə bilmirlər. Mən də onlara bu haqda söyləməkdən imtina etmişəm.

- Formada qalmaq sirriniz nədir?

- Yalnız səhər acı kofe və çay içirəm. Bir şokolad yeyirəm. Şokoladla bütün günümü keçirə bilərəm. Axşam saatlarında isə salat yeyirəm.

- Türkiyənin “Altın kelebek” mükafatlandırma mərasimindən imtina etdiniz. Səbəbi nə idi?

- Bəli, “Altın kelebek” mükafatlandırma mərasiminə getmək istəmədim. Mən fəaliyyət göstərmirəmsə, niyə boşuna mükafat verməlidirlər? Mahnı oxuyum, uğurlu olsun. "Didem" və "Adı yok" mahnısı oxuyan zaman çox məşhurlaşmışdım. O zaman ödülə namizəd olmadım, indi niyə olum?

İndi sadəcə Türkiyədə gündəmdə olduğum üçün “Altın kelebek” mükafatlandırma mərasiminə dəvət etdilər. Dedim ki, inciməyin, qatıla bilməyəcəm.

- Xəzər TV-nin "Xəzər axşamı" verilişinə sizin aparacılıq edəcəyiniz iddia olunurdu. Razılığa gəlməməyinizin səbəbi nə oldu?

- Bunları hardan bilirsiniz!? Düzü, bu haqda danışmamışam. Əslində, uzun müzakirəyə səbəb yoxdur. Mən orkestr məsələsini vurğuladım ki, Türkiyədən gəlməlidir. Əgər keyfiyyətli iş istəyiriksə, bunu etməliyik. Hər şeyin yüksək səviyyədə olmasını istədiyim üçün hələlik gözləyirik.

Amma Xəzər televiziyasının baş direktoru Murad Dadaşovla yenə iş müzakirələrimiz davam edir. İnşallah, alınacaq.

- Əməkdar artist Könül Kərimovanın aparıcılıq etdiyi "Xəzər axşamı" verilişini bəyəndinizmi?

- Könül Kərimova bizim dostumuzdur. O, Azərbaycana uyğun bir proqram təqdim etdi.


Müəllif: Foto: Elnur Muxtar, Rəqsanə Həsənova

Oxşar xəbərlər