“Birlikdə olmaq, bir-birimizə kömək etmək gözəl şeydir. Zəlzələ bölgələrinə gedə bilmirəm, amma başqa dəstəyimi əsirgəmədim. Bu fəlakət mənə çox təsir edir. Mənim üçün çətindir”.
Teleqraf.com xəbər verir ki, bunu türkiyəli müğənni Yıldız Tilbe jurnalistlərə açıqlamasında deyib.
İfaçı həmkarı Sezen Aksunun da Hatayda yaşadığını bildirib: “Allah betərindən qorusun. Zəlzələ bölgəsinə gedə bilmirəm, amma ürəyim onlarladır. Allah köməkləri olsun. Baxın, hamı alış-veriş etdi, evinə getdi və şam yeməyi bişirdi, elə deyilmi? Allahın dediyi olur, amma qorxuruq”.