24 Mart 2023 12:35
4 115
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özümə qadağa qoymuşam ki, haqqımdakı şərhləri oxumayım. Təsadüfən baxdım, amma nə qədər içi çirkinləşmiş, axirətini bilməyib danışan, düşünən insanlar var. Təəssüf hissi ilə deyirəm ki, tapdığınız qüsurları, bilmədən yuduğunuz babalları öz dəftərinizə yazırsınız.

Teleqraf.com xəbər verir ki, bu sözləri aparıcı Vüsalə Əlizadə "7 canlı" verilişində deyib.

Vüsalə Əlizadə ünvanına yazılan təhqirlərə cavab verib:

"Televiziyanın məsuliyyətini, ağırlığını kimsə bilməz. Mən bəlli bir şeylər yaşamışam, çox böyük acı ilə deyirəm ki, qəza mənim də həyatımın ən ağır tərəfidir. "7 canlı" heyəti bu hadisəni efirdən əvvəl məndən gizlətdi. Çünki bilirdilər ki, nə qədər acı çəkə bilərəm, nə yaşaya bilərəm. Efir formatı, veriliş mənim durumuma bağlı olduğu üçün komanda bunu məndən gizlətdi. Efirin bitməyinə az qalmış bu məlumat verildi və informasiyanı olduğu kimi çatdırmalıyam. İnformasiyaçıyam, mənim işim, borcumdur. Redaktor qulaqlıqla məlumatı verir. Bunu belə iyrənc həddə gətirib, mənim çəkdiyim acıya qatıb-qarışdırıb, yaşadıqlarıma şərhlər verib yazan insanlar çox acizsiniz, heyf".

Qeyd edək ki, aparıcı əməkdar mdəniyyət işçisi Oqtay Əliyevin qəzada dünyasını dəyişməsi xəbərini efirdə verdiyi anın görüntüləri sosial şəbəkədə tənqid edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər