Müğənni Şəbnəm Tovuzlu Arb televiziyasında yayımlanan "Həmin Zaur" verilişində açıqlaması ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Şəbnəm Tovuzlu bu sözləri deyib:
"Mənim qədər çox pul qazanan yoxdur. Yetərli qədər ruzili xanımam. Obyekt açmışam, evlər almışam. Gizlətmirəm, halal qazanıram. Biz əziyyət çəkirik, xalqın puludur, sevirlər və toy mərasimlərinə dəvət edirlər. 6-7 saat hündürdaban ayaqqabıda oxuyuruq.
Mən ağıllı qadınam, dörd evim var. Mənim kimi qazanan xanıma bu qədər ev azdır. Çox bədxərcəm. Hər zaman bölüşməyi bacarıram".