Xalq artisti Rasim Balayev əməkdar artist Elxan Qasımovun vida mərasimində iştirak edib.
Xalq artisti Teleqraf.com-a açıqlamasında mərhum dostu haqqında danışıb: "Elxan Qasımov oğlunun vəfatından sonra ayağa qalxa bilmədi. Hər gün qəbiristanlığa oğlunun məzarını ziyarət etməyə gedirdi. Yaxın günlərdə əməliyyat olundu və sağalacağına ümid edirdik. Hər zaman oğlunun adını çəkib, Samir deyirdi. Axırda getdi oğlunun yanına..."
Xalq artisti bu gün dostunu itirməklə yanaşı Elxan Qasımovun yoxluğunun Azərbaycan mədəniyyət üçün ağır itki olduğunu bildirib.