Türkiyəli bəstəkar və müğənni Sinan Akçıl xaricdə söhbət etdiyi iki nəfərin prezident Ərdoğana olan güvən və sevgi duyğularını paylaşıb.
Teleqraf.com türk mətbuatına istinadən xəbər verir ki, Sinan Akçıl sosial media hesabında Ərdoğanın bir daha prezident seçilməsi ilə qürurlandığını belə ifadə edib:
"Bu gün Mərakeşdə bir taksi sürücüsü mənə 2 gün əvvəl Parisdə bir məkan sahibinin dediyini təkrarladı: "Biz çox xoşbəxtik, çünki müsəlmanların hüquqlarını müdafiə edən və bizə zülm etməyə çalışanlara qarşı duran adam qalib gəldi" Bu, çox vacib detaldır. Dünyada belə bir təsir var...Demək istədiyim budur”- Akçıl fikrini tamamlayıb.