"35 il gəlib keçdi. Bizim çətin günlərimiz çox olub. Çünki hər şeyi biz özümüz etdik. Evlənəndə heç bir fincanımız da yox idi. Zəhmətimiz və əziyyətimizlə özümüzə ev aldıq. Pulun hamısını ödəməmişdik. Evə demək olar ki, heç nə almırdıq ki, borclarımızı tez qaytaraq".
Teleqraf.com xəbər verir ki, bu sözləri ATV-də xalq artisti Brilliant Dadaşova həyat yoldaşı,
Səməd Vurğun adına Akademik Rus Dram Teatrının direktoru Ədalət Hacıyevlə evlilik həyatından danışarkən deyib.
O, oğlu Cahad Hacıyevdən də söz açıb: “Bəzən düşünür ki, evlənsin. Sonra istəyindən vaz keçir. Hər şey qismətə bağladır. İstəyirəm ki, oğlumun uşağı olsun. Bacılarımın uşaqları mənim uşaqlarım, nəvələri də mənim nəvələrimdir”.