Moskvada yaşayan Fədayə Laçın Xəzər televiziyasında yayımlanan “Səhər mərkəzi” verilişinin canlı yayımına skayp proqramı vasitəsi qoşulub.
Teleqraf.com xəbər verir ki, Fədayə Laçın bu sözləri deyib: “Efirlərdən o qədət dəvətlər alıram ki... Hamıya təşəkkür edirəm. İşlərim toylarla əlaqəli olduğu üçün ürəyim hər dəfə istəyəndə gələ bilmirəm. Bakıya gələndə də üç–beş gün olur və bu müddətdə efirə çıxa bilmirəm. İstəyirəm, vətənə elə gəlim ki, bir az çox qalıb, efirlərə çıxa bilim. Küskünlüyüm, incikliyim qətiyyən yoxdur. Məni yada salırsınız.
İzləyicilərin bəziləri elə başa düşürlər ki, məni Azərbaycana gəlməyimə icazə vermirlər. Amma əsla elə deyil. Vətənimdən və hamıdan çox razıyam”.
Fədayə Laçın bacısı İlahə Fədaya görə Rusiya köçməsi haqqında yayılan şayiələrə də münasibət bildirib: “Bacımla aramızda su belə keçməz. Biz əkiz bacılar kimiyik. İlahə sənətkar bacımdır. Mənim ailəmdən başqa kimim var ki? Dara düşəndə hamını gördüm. İnsana öz ailəsi,əzizindən başqa kim yaxın ola bilər ki? Heç bir söhbət bacımla mənim arama girə bilməz”.