Əməkdar artist Cavanşir Məmmədov və qızı Xatirənin sevgilisi olduğunu iddia edən Türkiyə vətəndaşı Kemal Mustafa Xəzər televiziyasında yayımlanan "Təsir dairəsi" verilişində "Yalan dedektoru"na əyləşib.
Teleqraf.com xəbər verir ki, Kemal Mustafa bu sözləri deyib: "Cavanşir məndən istintaq dövründə 10 min dollar alıb. Amma ondan əvvəl xeyr. Bundan əvvəl qızı ilə münasibətdə olduğum dönəmdə də Cavanşirə pul verməmişəm və pul almamışam".
Kemal Mustafa əməkdar artistin qızı və həyat yoldaşından pul aldığını etiraf edib: "Bank hesabıma pul yatırdılar, aldım. Mən onlardan əlbəəl pul almamışam. Pulu hesabıma yatırıblar. Mən Cavanşirin Nizami metrosunda olan evində üç il yarım qalmışam. Xatirənin mənə borcu var. Xatirə ilə "Facebook"da tanış olmuşam".
Qeyd edək ki, Cavanşir Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək Mustafa İbili tərəfindən aldadıldığını bildirib. Belə ki, o iddia edib ki, Mustafa İbili Cavanşir Məmmədovdan 13.000 manat və 126.500 dollar alıb və geri qaytarmayıb. M. İbili barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Məhkəmə M.İbiliyə Cinayət Məcəlləsinin 147-ci maddəsi üzrə bəraət verib. O, Məcəlləsinin 148-ci, yəni təhqir əməli üzrə təqsirli bilinərək 1000 manat cərimə edilib. Mustafa isə efirə gələrək yardım istəyib.