"Çoxunuzdan nigaranam. Sual verirsiniz ki, kondisionersiz necə dayanırsınız? Belə necə yaşamaq olar? Günəş Allahın bizə verdiyi lütfdür. Yay ayları çox qısadır. Günəş şüalarını qəbul etmək lazımdır".
Teleqraf.com xəbər verir ki, bu sözləri xalq artisti Brilliant Dadaşova sosial şəbəkədə paylaşdığı videoda deyib.
Brilliant Dadaşova mərhum xalq artisti, əmisioğlu Rafael Dadaşovun ağciyərlərinə su yığılmasını kondisionerlə əlaqələndirib: "Bir çox həkimlərimiz deyir ki, günəş şüaları ziyandır. Amma kondisioner ondan da zərərlidir. Ən pisi də odur ki, kondisioner altında yatan insanlar var. Bu, çox təhlükəlidir, fəsadları ağır olur. Əminəm ki, əmimoğlu Rafael Dadaşov da özünü kondisionerlə məhv etdi. Sağlam bədənində ağciyərinə su gəlməsi nə demək idi? Ona dəfələrlə deyirdim ki, lazım deyil. Çox pis vərdişdir. Günəşə birtəhər dözmək lazımdır. Adam sonra öyrəşir. Amma kondisioner altında oturanda bundan imtina etmək olmur. Makiyajıma görə arada kondisionerdən istifadə edirəm, amma sonra 2-3 gün özümə gələ bilmirəm".
Qeyd edək ki, Rafael Dadaşov 2020-ci il martın 16-da vəfat edib