Müğənni Hiss 8 aydan sonra yeni mahnısı və klipini təqdim edib.
Teleqraf.com xəbər verir ki, musiqisi və sözləri YAP10-a (Zamiq Əliyev), aranjimanı isə Nihad Məlikova məxsus olan mahnı "Mənə pis olma" adlanır.
Çəkilişləri Türkiyənin Antalya şəhərində baş tutan ekran işinin rejissorluğunu İsmayıl Eren Yalçın edib.
Hiss bir-birindən fərqli obrazlarda kamera qarşısına keçib. Yeni işi ilə çox iddialı olan ifaçı bu treki "Yayın son hiti" adlandırıb. Klip Hissin "yutub" kanalında və mahnı isə bütün musiqi platformalarında yayımlanmaqdadır.