Aparıcı Vüsalə Əlizadə Azad Azərbaycan (ATV) telekanalından ayrılıb.
Teleqraf.com xəbər verir ki, bunu aparıcı sosial media hesabında açıqlayıb.
"Bu gün 20 illik əməyim olan, ata ocağı qədər doğma, əziz ATV telekanalından öz istəyimlə ayrıldım. İki aydır bilib-bilmədən yazanlar, yozanlar, bilin ki, münasibətlər hörmətli, qərarlar sayğı duyularaq gözəldir. Mən qərar verərkən nə şişi, nə kababı bada verirəm. İşimi, sənətimi, səhnəmi, məni sevib gözləyən, bu iki ay ərzində axtaran tamaşaçımı çox sevirəm. Yeni mövsümdə bütün həmkarlarıma və özümə bol şans arzu edirəm. Tezliklə görüşərik".
Vüsalə Əlizadə sonuncu dəfə ATV-də "7 Canlı" verilişinin aparıcısı olub.