Türkiyənin Artvin bölgəsində keçirilən festivalda tanınmış müğənnilər Rəsul Dindar və Demet Akalın arasında gərginlik yaşanıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, festivalda mahnıları ifa edən Rəsul Dindar gözlənilməz hərəkət edib.
Səhnə arxasından bir nəfərin onun qulağına dediyi sözlərdən sonra Rəsul Dindar üzünü tamaşaçılara tutataq Akalının səhnəyə erkən çıxmaq istədiyini deyib. Dindarın “Mən buranın uşağıyam. Məni tanımırsan?” sözlərindən sonra Demet Akalın səhnəyə gələrək ona reaksiya verib.