Türkiyəli müğənni Demet Akalın təhlükəli anlar yaşayıb.
Teleqraf.com xəbər verir ki, ifaçı bu haqda İnstaqramda hekayə bölümündə məlumat verib.
O, Bodrumda baş tutacaq konsertinə gedən zaman şərnişini olduğu yaxtanın qəzaya uğradığını deyib: "Səhhətim yaxşıdır, üzümdə şiş var. Çox pis yaxta qəzası baş verdi. Yaxta saniyələr içində batdı. Oradan necə sağ çıxdığımızı başa düşə bilmirəm. Qəbul olunmuş nəzirimiz varmış. Mən yaxşıyam, amma bir narazılığım var. Təcili yardım çağırdıq, 10-15 dəqiqə gözlədik, gəlmədi. Bizi təsadüfən yaxtalara xidmət göstərən servis xilas etdi. Onlara təşəkkür edirəm".