25 Sentyabr 2023 13:17
970
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə xəstəxanaya yerləşdirilib.

İnsult keçirən Rais Rəsulzadə Teleqraf.com-a açıqlamasında səhhətindəki son vəziyyətdən danışıb: "Hazırda 1 saylı Şəhər Klinik Xəstəxanasındayam (Semaşko), müalicəm davam gedir. Səhhətim normaldır. Yəqin ki, yaxşı olacaq".

Qeyd edək ki, Rais Rəsulzadə Azərbaycanın tanınmış rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Azərbaycan Respublikasının Əməkdar Rəssamıdır.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər