"Avroviziya-2021" təmsilçimiz Samirə Əfəndi "Bizimləsən" verilişində İsraildə yaşanan hadisədən danışıb.
Teleqraf.com xəbər verir ki, Samirə Əfəndi bu sözləri deyib: "İsraildən dünən İstanbula, bu gün isə Bakıya gəldik. Şəhərdə bomba, srenaların, təcili yardım və polis maşınlarının səsləri eşidilirdi. İki gecədir ki, qorxudan yata bilmirdik. Partlayış səsləri gəlirdi, otelin zirzəmisində idik. Anam, xalam, menecerim də mənimlə idi.
Səfirlik, Diaspora mütəmadi olaraq bizimlə əlaqədə idi. Uçuşlar dayandırılırdı, iki dəfə bilet dəyişdik. Bir nəfərin biletinin qiyməti 3-4 min dollara başa gəldi. Səfirlikdən bizə bildirdilər ki, oteldən çıxmayın".
Müğənni qeyd etdi ki, konsertinə gələn fanatı fələstinlilər tərəfindən tutulub: "İnsan dəhşətə gəlir. Anam yanımda idi. Bu böyük məsuliyyət idi. Hər kəsə cavabdeh idim. Etdiyimiz yaxşılıqlar qarşımıza çıxdı".