77 yaşlı tanınmış müğənni Dolli Parton “Behind The Seams: My Life in Rhinestones” adlı yeni kitabında gecələr makiyajsız yatmadığını açıqlayıb.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Parton bu adətinə 1980-ci illərdən bəri vərdiş edib. Həmin illərdə o, Los-Ancelesə köçüb.
“1980-ci illərdə Los-Ancelesə köçdükdən sonra mən makiyajla yatmağa başladım. Bunun səbəblərindən biri də zəlzələlər idi".
Müğənni qeyd edib ki, fövqəladə hallar zamanı kameralar qarşısına makiyajsız keçmək istəmədiyinə görə özündə belə bir vərdiş formalaşdırıb. Yəni onun gecələr makiyajla yatmasının səbəbi hər şəraitdə kamera qarşısına çıxmağa hazır olmasıdır.
Dolli Parton gecələr makiyajlı yatsa da, səhər oyananda ilk işi üzünü hərtərəfli təmizləmək olur. Makiyajını silir və dərisinə lazımi qulluq göstərir. Bundan dərhal sonra gündəlik makiyajını edir.
Müğənninin dediyinə görə, bu vərdişinə hazırda əri Karl Tomas Dinlə birlikdə yaşadığı Tennessi ştatında davam edir. Onun məqsədi 1966-cı ildən evli olduğu ərinə pis görünməməkdir.
"Mən cadugər kimi görünərək yatmaq istəmirəm"- deyə Parton deyir.
Amerika kantri musiqisinin əfsanəsi hesab olunan Dolli dünyanın varlı müğənniləri sırasında da yer alır.