6 Dekabr 2023 13:50
1 239
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana Həmidova Teleqraf.com-un suallarını cavablandırıb.

Qısa müsahibəni təqdim edirik.

- Canana xanım, oğlunuz Tuncayın sosial şəbəkədə videosunu paylaşaraq ögey ananın evə buraxmadığını vurğuladınız. Bundan sonra Mətanət İsgəndərli sizinlə əlaqə saxladımı?

- Xeyr, Mətanət İsgəndərlidən heç bir reaksiya yoxdur. Ögey ana mən gedəndən sonra oğluma qapını açıb. Sonra Tuncayla atası üz-göz olublar.

- Apellyasiya Məhkəməsinin qərarına əsasən uşaqlarınız sizin himayənizdədir. Bundan sonra övladlarınızla bağlı hansı qərarı vermək istəyirsiniz?

- Mətanət İsgəndərlidən tələb edirəm ki, uşaqlarımı mənə versin. Övladlarım mənimlə yaşasınlar.

- Övladlarınız Mətanət İsgəndərli ilə, yoxsa ögey anaları ilə birlikdə yaşayırlar?

- Hazırda yaşadıqları ev övladlarımındır, Mətanət İsgəndərli ögey ananı da oraya köçürüb. Mətanət İsgəndərli mənə demişdi ki, uşaqlarla özü yaşayacaq. Amma hazırda o, öz mənzilində qalır.

- Ögey anaları uşaqlarınızla necə davranır?

- Çox pis davranır, çox pis şeylər öyrədir. Onları ələ salır. Dünən gecə qızıma zəng elətdirib, deyir ki, “Canana xalaya salam de”. Uşaqlarımın psixlogiyası ilə oynayır. Onlarla necə davrandığını sözlə demək mümkün deyil.

Son zamanlar Mətanət İsgəndərli ilə danışmamışam. Oğlum Tuncay dünən videoya görə çöx böyük stress yaşadı. Videonu sosial media hesabımda paylaşmağa məcbur idim. Çünki sübut edə bilmirdim, Mətanət İsgəndərli görsün ki, gəlini nəvələri ilə necə davranır. İndi mən və övladlarım əziyyət çəkirik. Bunu biz yaşamamalı idik.

Körpələrimin heç bir günahı yoxdur ki, anasız böyüyürlər. Mətanət İsgəndərli gündə evə tanımadığı bir dayə gətirir. Onlar uşaqlarımın üstünə qışqırır, necə gəldi rəftar edirlər. Ananın haqları tapdalanır. Bir ana olaraq çox əziyyət çəkirəm. Uşaqlarım da əziyyət çəkir. Övladlarımı psixoloqa aparmğı düşünürəm.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər