15 Dekabr 2023 14:54
1 437
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Şəbnəm Tapdıq “Elgizlə izlə” verilişində müğənni Şəbnəm Tovuzlunu məhkəməyə verməsindən danışıb.

Teleqraf.com xəbər verir ki, Şəbnəm Tapdıq həmkarının məhkəməyə gəlmədiyini açıqlayıb: "Şəbnəm Tovuzlu srağa gün əvvəl efirədə bildirir ki, məhkəməyə verilib. Bəli, o xanımı mən məhkəməyə vermişəm. Məhkəmə dünən baş tutdu, Aygün Tovuzlu məhkəməyə gəlmədi. Bilir ki, araşdırma zamanı əsl adının Aygün olduğu üzə çıxacaq. Necə ki biz araşdırıb üzə çıxarmışıq. Şəbnəm Tovuzlunun əsl adı Aygündür. Efirə çıxıb əleyhimə danışır. Mən iki təhsilli, yeddi əcnəbi dil bilən, yüksək savada malik olan xanım, ziyalı bir kişinin övladıyam.

Mənim haqqımda “TikTok”da yazılar qoydurur. Özü kimiləri yığır ətrafına, deyir ki, guya mənim başım çatmır, başım xarabdır. Haqqımda elə sözlə deyib ki, onları da araşdırıb, polisə verəcəm. Gəlsin cavabını versin!

Mən indiyə qədər heç kimin nə adı, nə şöhrəti altında özümü təbliğ etməmişəm. Heç kimin adından istifadə etməmişəm. 13 yaşından rayon, kənd toylarında oxutan bir qız bir məşhurun adından özünü reklam edir. Buna nə deyəsən?"


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər