Uzun müddətdir müxtəlif layihələrdə iştirak edən şoumen Bəyazid Öztürk gözlənilməz addım atıb.
Teleqraf.com "Hürriyet"ə istinadən xəbər verir ki, Bəyaz artıq aktyorluq karyerasına son qoyub. Bu barədə şoumen mətbuat nümayəndələri ilə görüşündə açıqlayıb. O, “Proqram məni çox yorur. Aktyorluq vaxt aparan bir işdir. Artıq bu barədə düşünmürəm. Aktyorluğu bu peşənin sahibləri etsinlər”.
Xaqtırladaq ki, şoumen Bəyazid indiyə kimi "Hacivat Qaragöz niyə öldürüldü”, “O indi məhkum”, “Sirr uşaqları”, “Rəqqasə”, “Nihavend möcüzə” kimi filmlərlə yanaşı, “Həyat yoldaşım və anam”, “Biz sizə aşiq olduq”, “Yalan dünya” seriallarında rol alıb.
Rüstəm