"Çox böyük sevgim olan bir insan var, amma ona nifrətim də var. Yaşadığım acı günlərin səbəbi olduğu üçün sevgi hissi məndən gedir. Düşünürəm ki, onu bağışlayım, qəlbimdəki niskil yox olsun. İnsana acı yaşadan insanlar şəxsiyyətlərindən, mənliklərindən utanmalıdırlar. Əgər sənətkardırsa, sənətinin böyüklüyündən utanmalıdır. Bu çox acı bir hisdir".
Teleqraf.com xəbər verir ki, bu sözləri xalq artisti Nisə Qasımova "Tarixin bir günü" verilişində deyib.
O, aparıcı-prodüser Tarix (Tolik) Əliyevin "Sizi gənc yaşda qısqananlar və efirlərdən uzaqlaşdırmaq istəyənlər olub" sualına isə belə cavab verib: "Bü günə qədər də məndə qorxu siptomları var. Mən niyə xəstələndim!?
Xəstəlikləriminin səbəbi olmasaydı, bu gün bu vəziyyətdə olmazdım. Onun böyük səbəbləri var. Biri var ki, insan bir-iki il yaşaya, biri də var ki, 50 ildən artıq bu hiss səninlə yaşayır. O yaranı içimdən qoparmaq üçün belə ortam lazımdır. Hər bir müğənniyə yanaşmaq tərzi individual olmalıdır. Hamıya eyni münasibət göstərmək olmaz. Hamını bağışladım".